Rusiyalı siyasətçilər dövlətindən tələb edir: "Azərbaycandan üzr istəyin!"
Xəbər verdiyimiz kimi, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib.
Buna baxmayaraq, Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.
Adalet.az xəbər verir ki, Rusiyada buna qarşı etiraz səsini ucaldan siyasətçilər var.
Rusiyalı politoloq Aleksey Naumov bir nüansı diqqətə çatdıraraq yazır ki, Azərbaycan Ordusunun səhv atəşi nəticəsində sülhməramılarımız həlak oldu:” Qarşı tərəf dərhal üzrxahlıq, izahat və təzminat ödənilməsi prosesi oldu. Bunlar prezidentin hər bir detala diqqət yetirdiyi kompakt qərar qəbuletmə sisteminin üstünlükləridir. Rusiya bu cür hərəkətlilik üçün çox böyükdür, inanıram ki, onun lideri hər gün daha çox problem həll etməlidir. Hər halda ümid edirəm ki, vəziyyət oxşar halların həll edildiyi kimi aydınlaşdırılacaq və həll olunacaq, hələ ki, Moskva susur, başqaları danışır”.
Məsələyə politoloq və jurnalist Maksim Şevçenko da etinasız qalmayıb. Qəzanın səbəblərini şərh edən politoloq fikrinin sonunda Rusiyanı günahkar bilib və ölkəsinin Bakıdan üzr istəməsinə, münaqişə yaratmamasına çağırış edib.
Qeyd edək ki, 25 dekabrda təyyarəmiz vurulub. dekabrın 26-da isə Çeçenistan lideri Ramzan Kadırov Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyan qardaşı oğlu Hamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib. Yəqinki, Kadırovun AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə maddi və digər yardım göstərmək təklifindən Bakı imtina etdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
09 Yanvar 2026 21:23
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı
09 Yanvar 2026 17:55
Publik hüquqi şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişib
09 Yanvar 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaq vahid anlayışından istifadə olunacaq
09 Yanvar 2026 16:10
AZAL Bakı-Tehran-Bakı reysini ləğv etdi
09 Yanvar 2026 14:21
AZAL Bakı-Moskva reysini təxirə saldı - SƏBƏB
09 Yanvar 2026 14:14
Üç televiziyanın, bir radionun yayımı müvəqqəti dayandırılacaq
09 Yanvar 2026 14:04
“Ekol TV ilə heç bir əlaqəm yoxdur” - Mübariz Mənsimov
09 Yanvar 2026 12:52


Bakı -°C


jpg-1735288770.jpg)
