25 Dekabr 2024 11:28
256
MƏMLƏKƏT

Rusiyanı yasa batıran Tu-154 hərbi  təyyarəsi: Qara dənizə gömülən 93 hərbçi

2016-cil Azərbaycan üçün məşəqqətli bir il oldu. 4 günlük Aprel döyüşlərində xeyli igid hərbçilərimizi itirdik. O igidlərin böyük əksəriyyəti Rusiya istehsalı olan silahlardan atılan mərmilər və güllələr nəticəsində şəhid olmuşdu. MN bildirmişdi ki, 101 hərbçi ölüb, 5 hərbçi itkin düşüb, 44 hərbçi yaralanıb. 6 mülki şəxs ölüb, 26 mülki şəxs yaralanıb,1 Mi-24 helikopter vurulub və 1 PUA itib.1 tank məhv olunub.Ümumiyyətlə, həmin dönəmlərdə Azərbaycan xalqı çox pəjmürdə idi.

Adalet.az
xəbər verir ki, 2016-cı il Rusiya üçündə kədərli il oldu. Beləki, 25 dekabrda Rusiya Müdafiə Nazirliyi Tu-154 təyyarəsində qəza olduğunu, təyyarənin radarlardan itdiyini xəbər verdi. Təyyarə Moskva vaxtı ilə 05:50-də  Tu-154 tipli təyyarə Soçi şəhəri yaxınlığında, Qara dəniz üzərində qəzaya uğradı. Hadisə nəticəsində təyyarənin göyərtəsindəki 93 nəfərin hamısı, o cümlədən Müdafiə Nazirliyinin Aleksandrov adına ansamblının 64 üzvü, Rusiyanın NTV, “Zvezda” və Birinci kanalının 9 jurnalisti, həmçinin “Ədalətli yardım” xeyriyyəçilik fondunun rəhbəri Yelizaveta Qlinka (Doktor Liza) həlak oldu. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapıldı.

2017 -ci ildə rus mediası yazırdı ki, partlayış üzrə mütəxəssislər Soçi şəhəri yaxınlığında qəzaya uğrayan “Tu-154” təyyarəsinin göyərtəsində terror aktı versiyasını istisna ediblər.Məsələn “Kommersant” qəzeti bildirirdi ki, qəzadan sonra hərbi təhqiqatçılar laynerin korpusunun hissələrinin, sərnişinlərin cəsədlərinin və şəxsi əşyalarının, həmçinin təyyarənin daşıdığı yükün bir sıra ekspertizasını keçiriblər.

“Təyyarənin göyərtəsində kriminal partlayış və ya onun raketlə vurulması izləri aşkarlanmayıb - beləliklə, terror barədə versiyalar təhqiqat tərəfindən araşdırılıb və qəzanın mümkün səbəbləri siyahısından çıxarılıb. Bundan sonra mütəxəssislər diqqətlərini digər versiya - hərbi təyyarə ekipajının mümkün xətası üzərində cəmləyib”.
Qeyd edək ki, həmin il Rusiya xaricdə də imicinə zərb alıb. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

 Əntiqə Rəşid