Rusiyanın daha bir regionunda xarici vətəndaşlara taksi sürmək qadağan edildi
Rusiyanın daha bir regionunda xarici vətəndaşların taksidə işləməsi qadağan edilib.
Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, yeni qanun bu ilin yazının sonunda qüvvəyə minəcək və Kamçatkada patentlə işləyən əcnəbilərə şamil ediləcək.
Bu barədə Kamçatka diyarının qubernatoru Vladimir Solodov sosial şəbəkələrdə yazıb.
“Təəssüf ki, rayonda müxtəlif cinayətlər törədən qeyri-qanuni miqrantlar çox vaxt taksilərdə işləyirlər. İnanıram ki, görülən tədbir və ümumilikdə miqrasiya siyasətinin sərtləşdirilməsi sərnişin taksisi ilə sərnişindaşıma bazarını daha təhlükəsiz edəcək”, - deyə o qeyd edib.
Digər Xəbərlər
13 Iyul 2026 12:32
Türkiyədə FETÖ üzvlərinə qarşı əməliyyat keçirilir - 968 nəfər...
13 Iyul 2026 11:14
İstirahərinizi Türkiyənin dəniz sahillərində olan bu kurortlarda keçirin - FOTOLAR
13 Iyul 2026 09:59
Ərdoğan Qərb liderləri ilə danışıqlar aparır
12 Iyul 2026 19:00


Bakı -°C

