adalet.az header logo
  • Bakı -°C
04 Avqust 2026 12:56
43
GÜNDƏM
A- A+

“Xətti təfəkkür tərzi insanlarda ürəkbulanma yaradır”

“İnternet tv- lərdə müsahibə kontenti geniş vüsət alıb. Ruhi də daxil olmaqla hamı müsahibə alır. Bu məmləkətdə nə qədər maraqlı adam var? Elm adamları belə məkanlarda görünmürlər. Görsənib nədən danışacaqlar? Qalır siyasətlə məşğul olanlar. İndi təsəvvür edin: Bir illik cəbhə hakimiyyəti olmasaydı nədən danışacaqdılar? O vaxt hakimiyyətdə təmsil olunanların və olunmayanların hamısı bir- birində kompromat toplayıb. 33 ildir ki, yorulmadan bir- birilərini ittiham edirlər”. 

Adalet.az xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev deyib. 

“Tv aparıcıları isə üzədurmaları, təhqirləri şok faktlar kimi təqdim edir və bundan ləzzət alırlar. Hərənin öz çevrəsi var, Nobel mükafatı laureatını belə TV- lərə dəvət etməzlər…Narsisim xəstəliyi jurnalistikanı məhv edib. Xətti təfəkkür tərzi insanlarda ürəkbulanma yaradır. Facebookda söz deməyə peşman olursan. Dərhal “müdrik” narsistlər səhifəndə peyda olur və öyüd- nəsihət verməyə başlayırlar. Hamı xəbər pusqusundadır. Allah eləyə ölkədə heç olmasa bir il adam ölməyə, bir il heç kim heç kimi təhqir etməyə, korrupsiya və rüşvətxorluğa görə məmur həbs olunmaya, heç kim vəzifəsini itirməyə, onda saytlar və Tv- lərdə böyük ixtisarlar baş verər”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN