Ukraynaya yeni silahlar veriləcək – Politoloq
“NATO-nun Ankarada keçirilən zirvə görüşündə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Ukrayna ilə bağlı vahid mövqedən çıxış etdilər. Hətta ABŞ Prezidenti Donald Tramp Ukraynada "Patriot" hava hücumundan müdafiə raket sistemlərinin istehsalı üçün lisenziya veriləcəyini qeyd etdi. O, eyni zamanda Ukraynaya yeni raketlərin veriləcəyini və Rusiyaya qarşı sərt sanksiyaların tətbiq olunacağını da vurğuladı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, lakin sonrakı proseslər fərqli mənzərə ortaya qoydu. ABŞ Konqresində Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan qətnamənin qəbuluna Donald Tramp mane oldu və bildirdi ki, həmin sənəddə İranla bağlı müddəalar da yer almalıdır:
“Bununla da Rusiyaya qarşı sərt qətnamənin qəbuluna imkan verilmədi. Zelenskinin ABŞ səfərindən sonra Donald Tramp bir daha bəyan etdi ki, Ukraynaya yeni silahlar veriləcək. Ancaq diqqət yetirsək, Benyamin Netanyahunun ötən həftə ABŞ səfərindən sonra Konqresdə Rusiyaya qarşı sərt sanksiyalar məsələsində vəziyyət dəyişdi. Həmçinin Donald Tramp "Patriot" raket sistemlərinin Ukraynada istehsalı üçün lisenziya verilməyəcəyini elan etdi. Bu onu göstərir ki, Benyamin Netanyahunun bu məsələdə müəyyən təsiri olub. Burada yəhudi lobbisinin də rolu ola bilər. Hətta Benyamin Netanyahunun Putin ətrafında olan şəxslərə qarşı sanksiyaların qarşısının alınmasında rolu olub”.
Politoloq bildirib ki, bu baxımdan, Rusiyanın yəhudi lobbisi ilə sıx işlədiyi və Benyamin Netanyahu vasitəsilə Ukraynada "Patriot" sistemlərinin istehsalına dair lisenziyanın verilməsinin, eləcə də Konqresdə Rusiyaya qarşı sərt qətnamənin qəbulunun qarşısını alması istisna deyil:
“Bundan əlavə, ABŞ dövlət katibi Mark Rubio bəyan edib ki, Vaşinqton Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu oynaya bilər. Bu vasitəçilik isə Rusiyanın maraqlarına uyğun bir prosesdir.Bu onu göstərir ki, Rusiya yəhudi lobbisinin təsiri vasitəsilə özünə qarşı sərt sanksiyaların Konqresdən keçməsinin qarşısını almağa, Ukraynada "Patriot" sistemlərinin istehsalına dair lisenziyanın verilməsini əngəlləməyə, həmçinin ABŞ ilə Avropa arasında Ukrayna məsələsində formalaşmış vahid mövqedə müəyyən fikir ayrılıqları yaradır. Bu isə, Moskvanın Ukrayna ilə bağlı siyasi maraqlarına uyğundur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
05 Avqust 2026 10:48
Türkiyə sahillərində ruhu dinləndirən mavi səyahət - FOTOLAR
05 Avqust 2026 10:02
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
05 Avqust 2026 09:49
CNN: Kaliforniyada Trampın qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb
05 Avqust 2026 09:34


Bakı -°C

