adalet.az header logo
  • Bakı -°C

Əsl hədəf Böyük Heydər Əliyevdir, Şah İsmayıl bəhanədir! - Rza Rzayev yazır

RZA RZAYEV
105 | 2026-08-08 14:25
A- A+

(Bir şeydən danışıb digər şeyi mənalandırırlar!) 

Şah İsmayıldan danışıb Böyük Heydər Əliyevi "yenidən" mənalandırırlar!

Bir vaxtlar ən yaxın tarix olan Böyük Heydər Əliyevi inkar edənlər, indi də uzaq tarix olan Şah İsmayılı inkar edirlər. Sifariş eyni mənbədir — FETÖ!

Böyük Heydər Əliyev: Müasir Azərbaycan dövlətçiliyinin, "Azərbaycançılıq" ideologiyasının və müstəqil dövlət modelinin memarıdır.
 
Şah İsmayıl Xətai: Səfəvi imperiyasının banisi, mərkəzləşdirilmiş Azərbaycan dövlətçiliyinin və ana dilli dövlət şüurunun təməl daşıdır.

İdeoloji Bədən və Şəxsiyyətin İnkarı Mexanizmi: 
Şah İsmayıl və Heydər Əliyev sadəcə tarixi adlar deyil; onlar Azərbaycan dövlətçilik şüurunun bədənləşmiş, maddiləşmiş rəmzləridir.
 
Onları inkar etmək, əslində onların şəxsində müstəqil Azərbaycan dövlətinin mövcudluq haqqını inkar etmək cəhdidir.

FETÖ-nün "Tarix və İdeologiya"Taktikası: 

Bu şəbəkələr hər zaman öz daxili, supranasionak (milli olmayan) dini-siyasi gündəmlərini yeridə bilmək üçün yerli milli simvolları, dövlət xadimlərini və müstəqil milli kimlik anlayışını hədəf alıblar.
 
Səfəvi və Şah İsmayıl Anti-Təbliğatı: 

FETÖ və bənzər kənar cərəyanlar illərlə Osmanlı-Səfəvi qarşıdurmasını köhnə, təktərəfli ideoloji prizmadan yenidən alovlandıraraq Şah İsmayılı və Səfəviləri "bölücü" və ya "milli kimlikdən kənar" kimi qələmə verməyə çalışıblar.

Biz ölməmişik — yəni Əliyevçilər!

  • Avqust:
  • 7

TƏQVİM / ARXİV