Könül Nurullayeva vətəndaşlarla görüşüb - FOTOLAR
Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Qara Qarayev prospekti 52, Elşən Süleymanov küçəsi 137, 139, Nəsimi küçəsi 20, 22, 33, 37 və Kamil Balakişiyev küçəsi 49/18 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.
Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Digər Xəbərlər
29 Oktyabr 2026 00:17
Dünyəvi təhsil sisteminin bərqərar edilməsi vacib məsələlərdəndir - Mir Şahin
28 Oktyabr 2026 20:20
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşdü
28 Oktyabr 2026 19:45
Leyla Əliyeva “Sülh kitabı”nın təqdimatında çıxış etdi - FOTOLAR
28 Oktyabr 2026 17:57


Bakı -°C

