adalet.az header logo
  • Bakı -°C
01 Sentyabr 2026 10:47
44
GÜNDƏM
A- A+

“Köçəri xalqlar sanki müasir dünyada gedən qloballaşma proseslərini...”

“Müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət dəyərlərini təbliğ etmək, ona nail olmaq indiki şəraitdə vacib məsələlərindən biridir. Bundan ötrü istifadə edilən bütün vasitələr, o cümlədən Dünya Köçəri Oyunlarının keçirilməsi faydalıdır. Xalqların bir ərazidən digərinə köçmələri, yeni məskənlər qurmaları, gəldikləri yerlərə özləri ilə mədəniyyətlərini, adət-ənənələrini gətirmələri tarixin müxtəlif dövrlərində olub. IV-VII əsrlərdə böyük köçün baş verməsi ilə bir sıra tayfaların və xalqların məskunlaşma yerləri dəyişib”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

Onun sözlərinə görə, bu proses özü ilə bəzi məsələləri gətirməklə yanaşı qarşılıqlı zənginləşməyə də xidmət edib:

“Köçəri xalqlar sanki müasir dünyada gedən qloballaşma proseslərini özünəməxsus şəkildə həyata keçiriblər, sivilizasiya yaradıblar. Köçəri sivilizasiyası irsinin, mədəniyyətinin, qədim ənənələrinin, milli dəyərlərinin, idman növlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından qardaş Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunları əhəmiyyətlidir. Belə kütləvi toplantılarda iştirak etməyin, keçirilən görüşlərin həm də böyük siyasi əhəmiyyəti vardır. Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oyunların açılışında iştirak etmələri və keçirdikləri görüşlər həmin amala xidmət edir”.

Vasif ƏLİHÜSEYN