“Ancaq tiblə ölkə xilas olunmaz”
“Türkiyədə universitetlərə qəbul imtahanlarında ən çox bal toplayan ilk 20 min nəfərin 17 mini tibb fakültəsini seçib. Ölkənin gələcəyini dəyişdirə biləcək cəmi 3 min gənc isə mühəndisliyə yönəlib.Bu rəqəm ilk baxışda tibbin nüfuzunu göstərir, əslində isə daha ciddi bir təhlükədən xəbər verir: ən parlaq zəkaların yarada biləcəyi elmi və texnoloji əlavə dəyər itirilir”.
Adalet.az xəbər verir ki, bunu Türkiyədə yaşayn tanınmış jurnalist İbrahim Nəbioğlu deyib.
O, bildirib ki, əlbəttə, ölkəyə yaxşı həkimlər lazımdır. Ancaq heç bir dövlət yalnız tibblə sənayeləşməyib, texnoloji gücə çevrilməyib:
“Üstəlik, həmin 3 min mühəndisin ən azı 2 mini, 17 min həkimin isə azı yarısı xaricə getməyə çalışacaqsa, problem gənclərin seçimində deyil, onları ölkədə saxlaya bilməyən sistemdədir. Çin Xalq Respublikasına bəzən “Mühəndislər Respublikası” deyilməsi təsadüfi deyil. Ölkənin son üç dövlət başçısı mühəndislik təhsili alıb; Si Cinping kimya mühəndisliyi oxuyub. Bir vaxtlar kimya sənayesinin mərkəzi Almaniya idisə, bu gün bu elmi və sənaye üstünlüyü tədricən Çin və Hindistana keçir. Çin nadir torpaq elementləri üzərində qurduğu üstünlüklə artıq dünya texnologiyasının zirvəsinə oynayır. Çünki mühəndislik səhlənkarlığı bağışlamır”.
İ.Nəbioğlu deyib ki, Türkiyə də vaxtilə Anadolunun istedadlı uşaqlarını İTÜ-də yetişdirərək mühəndis etdi:
“Süleyman Dəmirəl, Turqut Özal, Nəcməddin Ərbakan və Recai Kutan kimi adlar həmin nəslin nümayəndələri idi. Dünya müharibələrinin yorub geridə qoyduğu ölkənin yenidən qurulmasında bu nəslin böyük payı oldu. Onlar yalnız siyasətlə məşğul olmadılar; yolların, zavodların, enerji sistemlərinin və böyük infrastruktur layihələrinin arxasında dayandılar. Ən yaxşıları mühəndisliyə həvəsləndirmədikcə texnoloji inqilabın baş verməsi mümkün deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Sentyabr 2026 11:32
Bu ay 8 gün iş olmayacaq
07 Sentyabr 2026 11:05
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək
07 Sentyabr 2026 10:33
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb
07 Sentyabr 2026 09:58
Yeni tədris ili ərəfəsində yollardakı vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
07 Sentyabr 2026 09:00
Şükür Həmidovun döyüş meydanından yeni görüntüləri - VİDEO
06 Sentyabr 2026 16:40
Prezidentin Hərbi Dəniz Qüvvələrinə ziyarətindən - Görüntülər
06 Sentyabr 2026 16:12
Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü
06 Sentyabr 2026 15:10


Bakı -°C

