“İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir”
“Dünyada ərzaq qiymətlərinin yenidən artması müəyyən narahatlıq yaratsa da, hazırda qlobal ərzaq qıtlığından danışmaq üçün əsas yoxdur. FAO (BMT-nin alt qurumu) 2026-cı ildə dünya üzrə taxıl istehsalının təxminən 2,98 milyard ton olacağını proqnozlaşdırır. İstehsalın ötən illə müqayisədə 2 faiz azalacağı gözlənilsə də, qlobal taxıl ehtiyatlarının istehlaka nisbəti 31,6 % səviyyəsində qalır. Yəni dünyada taxıl təminatı baxımından kritik vəziyyət yoxdur”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, problemin daha çox qiymətlərlə bağlı olduğunu bildirib:
“Avqustda FAO-nun dünya ərzaq qiymətləri indeksi bir ayda 1,9 %, illik müqayisədə isə 2,5 % artıb. Buğdanın dünya qiyməti bir il əvvəllə müqayisədə 15 % yüksəkdir.Azərbaycanda isə hazırda illik inflyasiya 5,8 %-dir. Bu göstərici BVF-nin 2026-cı il üçün inkişaf etməkdə olan ölkələr üzrə proqnozlaşdırdığı orta 5,8 %-lik inflyasiya ilə eynidir. Gələn il üçün mənzərə bir qədər yaxşı görünür. Azərbaycanda 2027-ci ildə orta illik inflyasiyanın 4,5 %-ə enəcəyi gözlənilir. BVF-nin inkişaf etməkdə olan ölkələr üzrə 2027-ci il proqnozu isə 4,8 %-dir”.
İqtisadçının fikrincə, bu il Azərbaycanda inflyasiya inkişaf etməkdə olan ölkələrin orta səviyyəsinə uyğundur, gələn il isə həmin orta göstəricidən bir qədər aşağı olması proqnozlaşdırılır:
“Əlqərəz, dünyada ayrı-ayrı ölkə və regionlarda ərzaq təhlükəsizliyi və aclıq problemi mövcud olsa da, qlobal miqyasda ərzağın fiziki çatışmazlığından söhbət getmir. Əsas məsələ qiymətlərdir. Enerji, geosiyasi və iqlim amilləri qlobal inflyasiyanın arzu olunan aşağı səviyyələrə enməsini çətinləşdirir. Azərbaycan üçün isə hazırda ərzaq çatışmazlığı ilə bağlı hər hansı ciddi risk görünmür. İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir və gələn il üçün daha aşağı səviyyə proqnozlaşdırılır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Sentyabr 2026 11:46
Bu şəxslər pensiya ala bilməyəcək
07 Sentyabr 2026 20:38
"Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb"
07 Sentyabr 2026 12:00
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
07 Sentyabr 2026 09:19
“Brent” bahalaşdı
05 Sentyabr 2026 13:42
“AzerGold” tələbələr üçün növbəti təqaüd proqramını elan edir
04 Sentyabr 2026 14:37
Ərzaq qiymətləri dünya üzrə ən yüksək həddə çatıb
04 Sentyabr 2026 11:33
Neftimizin qiyməti 105 dollara yaxınlaşdı
04 Sentyabr 2026 11:04


Bakı -°C

