adalet.az header logo
  • Bakı -°C
09 Sentyabr 2026 09:17
42
SİYASƏT
A- A+

““Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir”

“Rusiya rəsmilərinin az qala tamamı Ermənistan hakimiyyəti haqqında tənqidi fikirlər səsləndirərkən, Rusiyanın Federal Agentliyi olan “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka iki ölkə arasındakı münasibətləri normal adlandırıb. Bunun səbəbi sadədir. “Rossotrudniçestvo” Ermənistanın iki şəhəri - Artaşat və Aştarekdə “Rus evləri” açacaq”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

“Ona görə də bu təşkilatın rəhbəri “münasibətlərin normal” olduğunu bildirib. Halbuki, reallıq fərqlidir. “Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir. Azərbaycan da daxil olmaqla bir sıra ölkədə “Rus evi”nin fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, “Rossotrudniçestvo” Ermənistanla yanaşı müxtəlif ölkələrdə əlavə olaraq 11 “Rus evi” açmağı planlaşdırıb. Görəsən Rusiyanın Ermənistana təsir alətlərini neytrallaşdırmağa çalışan baş nazir Nikol Paşinyan hansı məntiqlə ölkəsində yeni “Rus evləri”nin açılmasına icazə verib?”, - deyə o, bildirib. 

Vasif