adalet.az header logo
  • Bakı -°C
09 Sentyabr 2026 11:19
44
HADİSƏ
A- A+

 ... Sağ qaldı...

 " Yol hərəkəti haqqında " Qanunun əsas tələblərindən  biri də təhlükəsizlik kəmərindən istifadə edilməsidir. Buna da sürücülər və sərnişinlər ciddi əməl etməlidirlər. Çünki qəza zamanı təhlükəsizlik kəməri insanları 80- 85 faiz ölümdən və ağır xəsarətlərdən xilas edir.

Ona deyə bilirik ki, yol polisinin təhlükəsizlik kəməri ilə bağlı apardığı maarifləndirmə işləri  öz müsbət təsirini göstərib. İndi demək olar ki, sürücülərin və sərnişinlərin böyük əksəriyyəti təhlükəsizlik kəmərindən istifadə edirlər. Düzdür, istifadə etməyənlər də var və onlar inzibati məsuliyyətə cəlb edilir və 50 manat civarında cərimə olunurlar.

Amma dediyimiz kimi, təhlükəsizlik kəmərindən istifadə edənlər daha çoxdur! Xüsusilə də respublika əhəmiyyətli avtomobil yollarında həmin vasitələrindən  hər bir sürücü və sərnişin istifadə etməyə borcludur! Belə ki, həmin yollarda sürət həddi yüksək olur, üstəlik də, qeyri - sabit hava şəraiti hər hansı qəzaya münbit şərait yaradır.

Bu günlər respublika əhəmiyyətli avtomobil yolunda sürücü yüksək sürətə hərəkət edən nəqliyyat vasitəsinin  sükan arxasında yatıb və maşın idarəetmədən çıxaraq aşıb.Sürücü təhlükəsizlik kəmərindən istifadə etdiyinə görə, qaza zamanı maşından yola dûşməyib. Əgər o, təhlükəsizlik kəmərindən istifadə etməsiydi, heç şübhəsiz ki, belə qəzadan sağ çıxa bilmədi. Sürücü təhlükəsizlik kəmərindən istifadə etdi və qəzadan  sağ- salamat çıxdı! Ona görə də sürücülər həmişə bu məsələləri diqqət mərkəzində saxlamalıdır!!!

Emil FAİQOĞLU