adalet.az header logo
  • Bakı -°C
10 Sentyabr 2026 11:33
36
ŞOU-BİZNES
A- A+

Xalq artisti: “Mən olmasam, onlar da olmaz”

Xalq artisti  Nazpəri Dostəliyeva  qardaşı ilə olan münasibətindən danışıb. 

Şou-proqramların birində qonaq olan xalq artisti illər əvvəl qardaşı ilə yaşadığı problemi dilə gətirib. Belə ki, ifaçı atasının aşıq olmasına baxmayaraq qardaşı ona oxumağa icazə vermədiyini bildirib:

 “Atam aşıq idi. Mənim səsimin olduğun bilirdi. İstəyirdi ki, oxuyum. İncəsənətlə məğul olum. Qardaşım isə əsla buna razı deyildi. Atamdan gizlin məni hədələyirdi ki, oxumayım, toylara getməyim. 

Üstəlik mənə tapşırırdı ki, bunu atam bilməsin. Mən də qorxumdan atama demirdim. 

Vaxt gəldi- yetişdi qardaşım əsgərliyə getdi. Bu fürsətdən istifadə edib toylara getməyə başladım. Çox yaxşı qazancım olurdu. Əlbəttə, qazancımı ailəmizə xərcləyirdim. Sonra ali məktəbə qəbul oldum. Bu mənim üçün böyük şans idi. Atam da çox sevincli idi. 

Çünki İncəsənət Universitetinə qəbul olmuşdum. Sonra qardaşım əsgərlikdən qayıtdı və mən yenə toylara getmədim. Hətta universitetə dərsə də getmirdim. Sakitcə gəlib oturdum evdə. Əlbəttə, qardaşım o illər ərzində mənə qoyduğu qadağalara görə peşmandır. O illər üçün çox peşmandır, amma bu gün çox xoşbəxtdir ki, mənim kimi bacısı var. Çünki mən olmasam onlar da olmaz. Onun və bütövlükdə ailəsinin yükü mənim çiyinlərimdədir. Bir bacı kimi yox, ana kimi qayğı göstərirəm”.

 Əntiqə