"ABŞ və İran arasında danışıqlar müsbət nəticələnə bilər"
"ABŞ və İran arasında yenidən danışıqlar prosesi başlayıb. İran tərəfi yeddi bənddən ibarət təkliflərini ABŞ-a təqdim edib. Bu, bir növ əvvəlki razılaşmaya yaxın formatda yeni anlaşmanın əldə olunması istiqamətində atılan addım kimi qiymətləndirilə bilər. Göründüyü kimi, İran artıq əvvəlki mövqeyindən müəyyən qədər geri çəkilir və danışıqlara açıq olduğunu bəyan edir".
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, xüsusilə burada SEPAH-ın mövqeyində də müəyyən dəyişikliklərin olduğu görünür:
"Çünki İrana qarşı tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatını ciddi şəkildə zəiflədir. Artıq İran aviaşirkətlərinin sərnişin təyyarələri ilə qonşu ölkələrə, eləcə də digər dövlətlərə uçuşlarında ciddi məhdudiyyətlər yaranıb və bu, İran üçün faktiki olaraq hava blokadası vəziyyəti formalaşdırır. Həmçinin ABŞ tərəfindən tətbiq olunan dəniz məhdudiyyətləri də davam edir. Artıq İran yaranmış vəziyyətdən çıxmağa çalışır. Tehran öz hərbi imkanlarını genişləndirsə və müqaviməti davam etdirsə də, ölkədə iqtisadi və sosial vəziyyət ağırlaşır. Blokada və sanksiyalar İranı kifayət qədər çətin vəziyyətə salıb. ABŞ-da, Nyu-Yorkda səfərdə olan İran prezidenti və xarici işlər naziri də ABŞ rəsmiləri ilə görüşlər keçirib. Xüsusilə Abbas Araqçinin Uitkoffla görüşündə İran tərəfi öz təkliflərini təqdim edib. Bu da göstərir ki, Tehran ABŞ-la danışıqlara hazır olduğunu nümayiş etdirir".
O, bildirib ki, göründüyü kimi, Trampın İranın danışmaq və razılaşmaq istədiyi barədə dedikləri müəyyən qədər təsdiqini tapır:
"İran artıq ABŞ-la danışıqlar apararaq anlaşmaya çalışır. Əgər SEPAH prosesdə müəyyən dərəcədə neytral mövqe tutarsa, prezident və hökuməti ABŞ-la bir memorandum imzalaya və İran bu çətin vəziyyətdən çıxış yolu tapa bilər. Əgər İran noyabr ayına qədər danışıqlarda və memorandumun imzalanmasında maraqlı olarsa, həmin müddətə qədər müəyyən bir razılaşmanın əldə olunması mümkündür".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22
“Bu əməliyyatlar baş tutsa da İranda rejimi dəyişəcək bir proses olmayacaq...”
24 Oktyabr 2026 10:18
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
24 Oktyabr 2026 09:01
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
24 Oktyabr 2026 08:40
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Oktyabr 2026 23:38
“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı
23 Oktyabr 2026 20:11
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib - VİDEO
23 Oktyabr 2026 18:59


Bakı -°C

