“7-ci sinif "Ədəbiyyat" dərsliyində şagirdlərə şərab təriflənir, qətl niyyətindən bəhs edilir.
“Dərsliyin 90 və 91-ci səhifələrində yer alan hekayədə meyxana sahibi Şiko ilə Maqluar qarı arasındakı münasibətlərdən bəhs olunur. Mətnin elə ilk cümlələrində baş qəhrəmanın yaşlı qadını öldürmək istəyi təsvir edilir: "Şiko başını itirmişdi. Hər dəfə qarını görəndə istəyirdi, onu boğub öldürsün...".
Adalet.az xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.
“Dərsliyə salınmış hissədə diqqət çəkən əsas məqamlardan biri isə spirtli içkinin açıq şəkildə təriflənməsi və təşviq olunmasıdır. Belə ki, Şiko öz meyxanasına dəvət etdiyi Maqluar qarıya ard-arda şərab içirməyə çalışır və içkinin "faydalarından" danışır:"Axı bu lap süd kimidir. Gördünüz, nə dadlıdır! Mən bundan dalbadal on-on iki qədəh içirəm, heç nə olmur. Şəkər kimidir. Nə mədəyə əziyyət verir, nə də baş ağrıdır, adamın dilinin üstündə yağ kimi əriyib gedir. Bundan faydalı içki tapılmaz! "Dərslikdən xəbərdar olan Şərab zavodlarının rəhbərləri bu mətndən dərhal bəhrələndilər. Məsələn, AZGRANTA istehsal etdiyi arağın birinin adını PROTEİN qoydu. Bilirik ki, protein: "Həyatın əsasını qoyan, amin turşularından ibarət mürəkkəb və böyük biomolekullardır. Əzələ kütləsinin inkişafı, hüceyrələrin bərpası, ferment və hormonların istehsalı üçün vacib makroelementdir". İndi kimdə protein çatışmazlığı yaranarsa həkimlər resept kimi bu arağı yaza bilərlər. Spirtli içkilər istehsal edən "Şərq Ulduzu MMC" isə istehsal etdiyi "Mey" arağının etiketinə Ömər Xəyyamın şeirini həkk edib. Mey kədəri dağıdır, kefi edir saz, Meydə olan ətir çiçəkdə olmaz. Bu məsələlərdə şərab maqnatlarına irad tutularsa onlar dərsliklərə istinad etdiklərini bəyan edə bilərlər”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Noyabr 2026 11:10
Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi
16 Noyabr 2026 09:53
Məktəblərdə payız tətili başladı
13 Noyabr 2026 13:31
LDU tələbələrindən paytaxtın uşaq evlərinə növbəti sitrus sovqatı
13 Noyabr 2026 09:15
Tələbələrin İsfəndiyar Axundovla görüşünü AzMİU təşkil etməyib - AÇIQLAMA
12 Noyabr 2026 18:01
Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub
10 Noyabr 2026 11:53
5 günlük tətil başlayır - TARİXLƏR AÇIQLANDI
09 Noyabr 2026 21:00
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq
09 Noyabr 2026 16:01


Bakı -°C

