“Saakaşvili 2008-ci ildəki müharibəni xaricdən verilən göstərişlərlə edib”
“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda xaricdən verilən göstərişlər nəticəsində avantürist hərəkətlərə əl atıb”.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının Siyasi Şurasının bəyanatında deyilir.
“Gürcüstan cəmiyyətinin böyük bir hissəsi haqlı olaraq Saakaşvilinin adekvatlığına şübhə edir. Ancaq fakt budur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun zehni balanssızlığının nəticəsi deyil, kənardan verilən təlimatların və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi”, - mətndə deyilir.
Hakim partiya vurğulayır ki, ölkədə uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün ictimai hüquqi prosesin təşkil edilməsi həyati əhəmiyyət kəsb edir ki, cəmiyyət ölkəyə və xalqa qarşı xain cinayəti kimin törətdiyini birdəfəlik bilsin.
Avqustun 8-də ölkənin Baş naziri İrakli Kobaxidze bildirib ki, respublika hakimiyyəti 2008-ci il müharibəsinin səbəblərini aydınlaşdırmaq üçün prokurorluğa, Konstitusiya Məhkəməsinə müraciət edəcək və ya parlament komissiyası yaradacaq.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında Gürcüstan qoşunları Sxinvalini nəzarətə götürməyə cəhd etdikdən sonra Gürcüstan-Cənubi Osetiya silahlı qarşıdurması baş verib. Avqustun 8-də Rusiya öz vətəndaşlarını, eləcə də bölgədəki sülhməramlılarını qorumaq üçün ora qoşun yeridib, nəticədə Gürcüstan qoşunları geri çəkilib. 26 avqust 2008-ci ildə Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.
Digər Xəbərlər
29 Sentyabr 2026 09:57
Yazıcıoğlunun ölümü: 36 nəfər həbs edildi
29 Sentyabr 2026 09:43
Radiodakı çıxışından sonra evi yandırıldı, özü döyülərək öldürüldü
29 Sentyabr 2026 09:18
Çindən Yaponiyaya sərt xəbərdarlıq
29 Sentyabr 2026 00:01
İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
28 Sentyabr 2026 21:15
"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan
28 Sentyabr 2026 20:00
Bu ölkədən Rusiya və Belarusla bağlı sərt qərar
28 Sentyabr 2026 19:20
Rusiyada pirotexnika zavodunda partlayış
28 Sentyabr 2026 19:00


Bakı -°C

