Sabah 33 dərəcə İSTİ OLACAQ
İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22, bəzi yerlərdə 25-28° isti olacaq.
Digər Xəbərlər
10 Iyun 2026 12:45
Kitabxanaçıların maaşı artırılacaq? - Nazir açıqladı
10 Iyun 2026 12:22
Onlayn alış-veriş: Asılılıq, yoxsa sadəcə alış-veriş?
10 Iyun 2026 11:33
“Uşaqların erkən yaşlarda zərərli informasiya axınından qorunması üçün...”
10 Iyun 2026 10:57


Bakı -°C

