15 Iyul 2025 14:23
195
GÜNDƏM

Sabah çimərliyə gedənlərin NƏZƏRİNƏ!

Abşeron çimərliklərində iyulun 16-na gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, Abşeron çimərliklərində zəif cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-29 dərəcə isti olacaq.