"Sabah" "Vikinq" səfərində məğlub oldu
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti oyununu Norveçdə "Vikinq" komandasına qarşı keçirib.
Adalet.az-ın məlumatına görə, Stavanger şəhərində baş tutan qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv açıb. 11-ci dəqiqədə Orfe Mbina fərqlənib. 27-ci dəqiqədə Erik Botheym tablodakı rəqəmləri eyniləşdirib. 69-cu dəqiqədə Zlatko Tripiç norveçliləri hesabda irəli çıxarıb.
O, kobud oyuna görə təyin olunan penalti zərbəsi yerinə yetirib. Futbolçunun ilk vuruşunu qapıçı Stat Pokatilov dəf etsə də, ikinci cəhd uğurlu alınıb. Daha sonra Henrik Falşener 81-ci dəqiqədə başla dəqiq oynayıb. Oyunda son nöqtəni 90+4-cü dəqiqədə dubl edən Erik Botheym qoyub.
"Bayquşlar" matçı 10 nəfərlə başa vurublar. 77-ci dəqiqədə Eyden Makkarti kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Xatərıadaq ki, "Sabah" daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin "Mançester Yunayted" (0:4) və Almaniyanın "Borussiya" (Dortmund) klublarına uduzub - 1:2. Azərbaycan çempionu Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə məğlub edib.
"Sabah" növbəti oyununu noyabrın 25-də, Bakı Olimpiya Stadionunda "Barselona"ya (İspaniya) qarşı keçirəcək.
Digər Xəbərlər
04 Noyabr 2026 18:04
"Hazır və formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm" - "Sabah"ın baş məşqçisi
04 Noyabr 2026 09:10
Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
04 Noyabr 2026 07:31
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
03 Noyabr 2026 18:22


Bakı -°C

