Sahibə Qafarova Belarusun ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşdü - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Belarusun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə görüşüb.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Söhbət zamanı xalqlarımız və ölkələrimiz arasında etimada əsaslanan dostluq əlaqələrinin mövcud olmasından məmnunluq ifadə edilib. Azərbaycan və Belarus arasında əlaqələrin inkişafında iki ölkənin prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında mövcud olan münasibətlərin vacib rolu qeyd edilərək, bildirilib ki, dövlət başçılarının siyasi iradəsi, həmçinin yüksək səviyyəli dialoq və qarşılıqlı sıx təmaslar sayəsində son dövrlərdə əlaqələrimiz daha da inkişaf edərək, keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Qeyd olunub ki, hazırda Azərbaycan və Belarus bir çox sahələrdə əməkdaşlıq edirlər.
Görüşdə münasibətlərin inkişafında qanunverici orqanların da mühüm rolu qeyd edilib. Milli Məclisin sədri Sahibə Qafarova özünün Belarusa rəsmi səfərini xatırladaraq, həmçinin parlament rəhbərləri və deputatlarımız arasında sıx təmasların mövcud olduğunu vurğulayıb.
Bildirilib ki, qanunverici orqanlarımız həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edirlər.
Spiker Sahibə Qafarova səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Dmitri Pineviç ölkəmizdə gördüyü yüksək səviyyəli qonaqpərvərlik və diqqəti qeyd edərək, Azərbaycan və Belarus arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
28 Yanvar 2026 19:02
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
28 Yanvar 2026 18:50
İlham Əliyev Gürcüstanla bu sazişi təsdiqlədi
28 Yanvar 2026 18:24
Bayramov Çin muzeyini ziyarət etdi, bu sözləri yazdı - FOTOLAR
28 Yanvar 2026 17:27
Səfirin həyat yoldaşına Bakıda vəzifə verildi
28 Yanvar 2026 17:22
Ceyhun Bayramov çinli həmkarı ilə müzakirələr apardı - YENİLƏNİB
28 Yanvar 2026 17:20
Sülh sazişinin yaxın aylarda imzalanacağına ümid edirik - Mirzoyan
28 Yanvar 2026 16:01
Ceyhun Bayramov Çinlə münasibətlərin inkişafı ilə bağlı paylaşım etdi
28 Yanvar 2026 16:01


Bakı -°C

