Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Moskvanın Basmannı Məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, iki gün əvvəl Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.
Qeyd edək ki, bundan əvvəl Yekaterinburq məhkəməsində Şahin Şıxlinskinin oğlu Mutvəli Şıxlinski barəsində həbs qətimkan tədbiri seçilib. O, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq etməkdə ittiham olunur.
M.Şıxlinskinin həbsinə səbəb iyulun 1-də "Bakı Plaza" yaxınlığında baş vermiş hadisə olub. O zaman Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları M.Şıxlinskinin idarə etdiyi avtomobildə hücum ediblər. M.Şıxlinski məhkəmədə bildirib ki, onun sağ tərəfində olan güc strukturu əməkdaşını görməyib və baş verənlərə görə təəssüf edir. Həmin hadisə zamanı avtomildə olan Şahin Şıxlinski saxlanılıb və daha sonra sərbəst buraxılıb.
Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.
O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib.
Adalet.az xəbər verir ki, Modern.az-a açıqlamasında Şahin Şıxlinskinin qohumu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib ki, diaspor rəhbəri hazırda Yekaterinburqdadır və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
“Şahinin saxlanıldığını dəqiq bilirəm, lakin birbaşa əlaqəm və vəziyyəti barədə məlumatım yoxdur”.
O eyni zamanda qeyd edib ki, Şahin Şıxlınskinin Yekaterinburqda saxlanılmasının əsas səbəbi kimi hüquq-mühafizə orqanlarına müqavimət göstərməsi göstərilir.
“Məşhur videokadrlar da məhz bu səbəblə əlaqələndirilir. Hərçənd bəzi iddialara görə o, guya insan qətlində günahlandırılır. Lakin bunlar əsassız söz-söhbətlərdir. Hazırda bu barədə rəsmi şəkildə heç bir ittiham irəli sürülməyib”.
Xatırladaq ki, Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilib.
Digər Xəbərlər
24 Dekabr 2025 10:17
Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı
23 Dekabr 2025 17:10
Şəhid bulağından oğurluq edildi - VİDEO
22 Dekabr 2025 10:13
Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı
20 Dekabr 2025 16:00
14 yaşlı qıza qeyri-etik hərəkətlər edənlər HƏBS OLUNDU
19 Dekabr 2025 12:19
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
19 Dekabr 2025 11:49
Narkotikin təsiri altında maşın sürən şəxs tutulub
19 Dekabr 2025 11:47
Bu il narkotiklə bağlı 441 cinayət faktı aşkarlanıb
19 Dekabr 2025 10:18


Bakı -°C

