Şahramanyanın tələbi:"Artsaxa Qarabağ deyən spiker üzr istəsin"
Ölüb- itmiş qondarma "artsax respublikasının" heç nəyə yaramayan saxta "prezidenti" Samvel Şahramanyan Ermənistan parlamentinin sədri Alen Simonyana çağırış edib.
Adalet.az xəbər verir ki, Şahramanyan spikerdən qondarma "artsax" xalqından açıq şəkildə üzr istəməsini tələb edib.
Çünki, erməni mediasının Qarabağı könüllü tərk edən ermənilərə nifrət edən şəxs kimi təhlil etdiyi Simonyanın bir neçə gün əvvəl səsləndirdiyi fikirlər həm "artsax"lıların, həm də Şahramayanın qəzəbinə tuş gəlib. Beləki, Ermənistan parlamentinin spikeri jurnalistin sualını cavablandırarkən ermənilərin qarabağa qayıtması mövzusuna toxunub:"Sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq".
Separatçı jurnalist spikerin məlum ərazini "artsax " yox Qarabağ adlandırmasına qəzəblənib ki, “niyə “arsax”ı Qarabağ adlandırırsız?” təxribatçı sualı verib.
Güclü və hazırcavab məntiqi ilə hətta rusiyalı deputatları və diğər rəsmi şəxsləri susdurmağı bacaran Simonyan jurnalistin də səsini kəsməyə müyəssər olub:
“Məgər siz “qarabağlılar” sözünü işlətmirsiz? Mən siyasətçiyəm və erməni şəhərinin adını çəkəndə başqa ölkənin vətəndaşının Azərbaycan toponimindən istifadə etməsinə də qarşıyam. Mən siyasətçi etikasına riayət etməliyəm. Sizcə, mən aktivistəm və reytinqimi qaldırmaq üçün gözəl sözlər deməliyəm?”
Simonyanın sonuncu məzəmməti nəinki ona təxribatçı suallarla müraciət edən jurnalistin , eləcə də, Qarabağı könüllü tərk edib qaçan ermənilərin də qəzəbinə səbəb olub:"Sən oradan getdin, baxmayaraq ki, qalıb sona qədər mübarizə apara bilərdin. Döyüşmək lazım olanda sən qaçdın”.
Qeyd edək ki, ötən ay Alen Simonyana 44 günlük müharibədən əvvəlki illərdə Ağdamdan təzə narlarla şəkil çəkdirdiyi və "Akna (Ağdam) mənim vətənimdir" yazdığı xatırlatmışdılar. Simonyan isə həmin xatırlatmaya belə cavab vermişdi: "Hamımız səhv edirik".
Əntiqə Rəşid
Digər Xəbərlər
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45
“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
16 Yanvar 2026 10:37
“ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası bu şəhərlərdə yerləşir”
15 Yanvar 2026 18:22
Fidan: Zəngəzur dəhlizi Orta Dəhliz baxımından əhəmiyyətlidir
15 Yanvar 2026 13:21


Bakı -°C

