Satınalmalarla bağlı yeni qaydalar müəyyən edilir
Dövlət qurumlarının tabeliyində fəaliyyət göstərən müəssisələrin, dövlətin pay sahibi olduğu təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin, həmçinin onların təsis etdiyi və ya iştirak etdiyi hüquqi şəxslərin satınalmaları üçün yeni qaydaların tətbiqi nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və həmin orqanın (qurumun) idarəetməsinə verilən dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər tərəfindən Azərbaycanın dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlərə “Dövlət satınalmaları haqqında” Qanun şamil edilməyəcək.
Yuxarıda nəzərdə tutulan hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
30 Sentyabr 2026 16:06
Hərbçilərin maaşları 50 faizə qədər ARTIRILACAQ
30 Sentyabr 2026 15:57
"Dövlət qulluğu sistematik dəyişikliklər mərhələsini yaşayır" - Komitə sədri
30 Sentyabr 2026 15:40
Bu qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur
30 Sentyabr 2026 15:38
Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sərtləşdirilir
30 Sentyabr 2026 15:33
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTOLAR
30 Sentyabr 2026 15:28
"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti azaldılır
30 Sentyabr 2026 15:23
Milli Məclis daha bir sazişi təsdiqlədi
30 Sentyabr 2026 13:28


Bakı -°C

