Saxlanılan avtomobildən narkotik və 1,3 kq qızıl tapıldı
Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən stasionar postunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Adalet.az xəbər verir ki, ötən gün Bakı şəhər sakini Mahir Qasımovun idarə etdiyi “KİA” markalı avtomobil sərxoşluğa qarşı aparılan reyd zamanı saxlanılarkən sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı Mahir Qasımovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Bununla yanaşı avtomobilə baxış zamanı oradan xüsusi qablaşdırılmış narkotik vasitə və 1,3 kiloqram qızıl məmulatları aşkar edildiyindən Mahir Qasımov aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.
Digər Xəbərlər
13 Dekabr 2025 17:11
Azərbaycanda bir gündə 260 nəfər saxlanılıb
13 Dekabr 2025 14:08
Salyanda narkotik vasitə satmaq istədilər - Tutuldular
13 Dekabr 2025 12:40
Bakıda quldurluq edib Tərtərdə gizləndi - VİDEO
13 Dekabr 2025 11:02
İşğaldan azad olunan bölgələrdə silah-sursat aşkarlandı
11 Dekabr 2025 12:45
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədi - FOTO
11 Dekabr 2025 10:09
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
10 Dekabr 2025 15:01
DTX xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslərİ saxladı - VİDEO
10 Dekabr 2025 10:28


Bakı -°C

