Səhiyyə naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
Səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın, o cümlədən səhiyyə sahəsində həyata keçirilən birgə layihə və təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Səhiyyə naziri Teymur Musayev qonağı salamlayaraq, BMT və onun ixtisaslaşdırılmış qurumları ilə Azərbaycan arasında səhiyyə sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Nazir əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, xəstəliklərin profilaktikası və səhiyyə sisteminin davamlılığının gücləndirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Teymur Musayev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə sağlamlığın və rifahın təmin edilməsinə yönəlmiş məqsədlərin Azərbaycanda həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Nazir səhiyyə sahəsində rəqəmsal transformasiya, müasir yanaşmaların tətbiqi, tibbi xidmətlərin inkişafı və insan kapitalının gücləndirilməsi istiqamətlərində həyata keçirilən tədbirləri qeyd edib.
Öz növbəsində Dmitro Şlapaçenko BMT-nin Azərbaycanda səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə və mövcud tərəfdaşlığın daha da gücləndirilməsinə hazır olduğunu bildirib. O, Azərbaycan Səhiyyə Nazirliyi ilə BMT qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüş zamanı səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, BMT-nin müvafiq qurumları ilə birgə layihələrin həyata keçirilməsi, əhalinin sağlamlığının qorunmasına yönəlmiş təşəbbüslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
09 Oktyabr 2026 16:54
Türkmənistanda Prezidentlə uşaqların səmimi görüntüsü - VİDEO
09 Oktyabr 2026 16:54
Teymur Musayev Şamil Ayrımla səhiyyə sahəsində əməkdaşlığı müzakirə edib
09 Oktyabr 2026 12:47
Onlar da çağırışçıların və hərbi vəzifəlilərin uçotunu aparacaq
09 Oktyabr 2026 12:07
Yeni "Ailə Konsepsiyası" hazırlanır
09 Oktyabr 2026 12:05
FHN yanında İctimai şuranın üzvləri görüş keçiriblər
09 Oktyabr 2026 10:58
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq
09 Oktyabr 2026 00:01
Hadrutun işğaldan azad olunmasından 6 İL ÖTÜR
08 Oktyabr 2026 18:17


Bakı -°C

