Səhiyyə Nazirliyi plastik cərrahlara vaxt verdi: Yanvarın 31-dək...
"Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer almışdır. Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılmış və şübhəli məqamlar müəyyən edilmişdir. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılmışdır".
Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilib.
Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranmışdır. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdır.
Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır.
Digər Xəbərlər
22 Yanvar 2026 13:03
Azərbaycanda ilk dəfə bu şəxslərlə saathesabı müqavilə bağlanacaq
22 Yanvar 2026 11:10
Cib bıçaqlarının satışı qadağan olunsun - TƏKLİF
22 Yanvar 2026 11:04
Buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib - VİDEO
22 Yanvar 2026 09:21
Leyla Əliyeva Davos səfərindən paylaşım etdi
21 Yanvar 2026 18:23
İcra başçısı onları işdən azad etdi - Müavinləri və köməkçiləri də var
21 Yanvar 2026 17:57
""Ştutqart"ı qanunsuz yolla əlimizdən alıb" - Bacısı oğlundan sabiq deputata ittiham
21 Yanvar 2026 17:15
Leyla Əliyeva Efiopiya səfərindən görüntülər paylaşdı
21 Yanvar 2026 17:13


Bakı -°C

