Xəstəxanalarda özbaşınalıq?:Səhiyyəmiz niyə rüşvət bataqlığındadır?
Xəbər verdiyimiz kimi, ötən həftə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin birgə məlumatı yayıldı. Məlumatda bildirildi ki, Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlandı.
“Respublika Narkoloji Mərkəzi” ndəki işbirliyi ilə rüşvətxorluq əməlinin şokundan ayılmamış ölkənin 4-cü ən böyük şəhərindən gələn xəbər bizi yenidən şoka saldı.
Xəbəri "Qafqazinfo" yayıb:" Mingəçevir şəhər prokurorluğu yeni bir cinayət hadisəsi haqqında məlumat yayıb. “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. tibb müəssisəsinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış 50 min manatdan artıq məbləğdə pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.Hazırda ibtidai istintaq davam edir".
Qeyd edək ki, analoji hadisə 2023 ilin fevralında Qobustan Rayon Mərkəzi Xəstəxanasında, avqustunda Salyan Rayon Mərkəzi Xəstəxanasında, oktyabrında Şabran Rayon Mərkəzi Xəstəxanasında, noyabrında Hacıqabul rayon mərkəzi xəstəxanasında baş verib.
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Aprel 2026 15:08
"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası
25 Aprel 2026 13:54
Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər
25 Aprel 2026 12:51
Cavid Qurbanov Bişkekdə Beynəlxalq Nəqliyyat Forumunda iştirak etdi - FOTOLAR
24 Aprel 2026 16:06
Vahid Ələkbərov rəsmilərlə Füzulidə - FOTO
24 Aprel 2026 15:32
Maşınları mülki şəxslər cərimələyib? - “AzParking”dən rəsmi açıqlama
24 Aprel 2026 15:14
Naxçıvana səfər edənlərin nəzərinə!
24 Aprel 2026 13:53
Prezidentin sərəncamı 2 minə yaxın şəxsə şamil olunacaq
24 Aprel 2026 13:25


Bakı -°C

