adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2025 11:26
51
ŞOU-BİZNES
A- A+

Səidə Dadaşova: “Uşağıma mənəvi zərbə vurmayın”

Son zamanlar ailə üzvləri ilə qalmaqal yaşayan müğənni Səidə Dadaşova eyni mövzu ilə yenidən gündəm olub. 

Adalet.az xəbər verir ki, müğənni bacısının onu təhqir etməsini dəhşət hesab edib:

“Yadlara dərdimi danışıram heç kəs haqqımda pis danışmır. Bacıma dərdimi danışıram, məni aləmdə biyabr edir. Bu dəhşət deyil, bəs nədir?! Deyir ki, həyat yoldaşı Səidəni küçələrdən yığıb. Sizcə, bir bacının bu sözləri deməsi normaldır? Əlbəttə, yox!

Mən həyat yoldaşımla çox xoşbəxtəm. İmkan verin biz yaşayaq. Mən həmişə bir adama tabe olmuşam. O da atam idi, rəhmətə getdi. İndi də həyat yoldaşıma tabeyem. 

Mən 15 yaşımdan işləyib anama baxmışam, bacısında heç nə istəməsin deyə  gecə- gündüz çalışmışam. Özümə sığdırmırdım ki, anam kiməsə ağız açsın. Belə övlad olmuşam. Anam ailə qurana kimi yanında olmuşam. 

Mən Brilliant  xanıma da (Dadaşova) təşəkkür edirəm. Həmişə mənə dəstəkdir. Ancaq bu dəstəyi başqa cür də göstərmək olardı. Mən 35 yaşında ana oldum, mənə imkan verin, analıq hissimi  sevə- sevə yaşayım. Uşağıma mənəvi zərbə vurmayın”.

Əntiqə