Şəki-Oğuz yolunda qəza - Ana və övladı xəsarət aldı

Şəki-Oğuz avtomobil yolunda qəza baş verib. Hadisə avtomobil yolunun Oğuz rayonunun Oraban kəndindən keçən hissəsində qeydə alınıb.
Adalet.az xəbər verir ki, Oğuz rayon sakini 43 yaşlı Sarvan İmamverdiyevin idarə etdiyi “VAZ-21012” avtomobili ilə 58 yaşlı Rəşid Umarovun idarə etdiyi “Toyota” markalı maşın toqquşub. İlkin məlumata görə, qəza nəticəsində “VAZ-21012”də olan iki sərnişin - sürücü Sarvan İmamverdiyevin həyat yoldaşı 37 yaşlı Könül İmamverdiya və övladı 12 yaşlı Ayan İmamverdili xəsarət alıblar.
Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yol-nəqliyyat hadisəsinin təfərrüatları araşdırılır.
Digər Xəbərlər

Qəbələyə istirahətə gedən 4 yaşlı uşaq hovuzda boğularaq ölüb

Ağdərədə mina partlayıb: xəsarət alan var - YENİLƏNİB

20 nəfərin xəsarət aldığı qəzadakı mikroavtobus qanunsuz işləyirmiş - Rəsmi

"4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir" - VİDEO

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 20 nəfər xəsarət aldı

Nuranə on il əvvəl də bənzər hadisədə xəsarət alıbmış - VİDEO

Balakəndə 20 mindən artıq abonent qazsız qalacaq
