25 Avqust 2025 12:42
82
HADİSƏ

Şəkidə 11 yaşlı uşaq ölüb - Səbəb açıqlandı - YENİLƏNİB

Şəki rayonunda 11 yaşlı yeniyetmənin ölümünün ilkin səbəbi açıqlanıb.

Adalet.az Report-a istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, 2014-cü il təvəllüdlü şəxsə kəskin ürək çatışmazlığı və assit (qarın boşluğunda mayenin yığılması) diaqnozu təyin olunub.

Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

***

10:13

Şəkidə 11 yaşlı uşaq ürək çatışmazlığından ölüb.

Adalet.az xəbər verir ki, hadisə rayonun Cumakənd kəndində baş verib.

Belə ki, kənd sakini, 2014 - cü il təvəllüdlü Rüzgar Ağabalayev halı pisləşdiyi üçün yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.