Səmimi Fərhad: “Bu, sistemli tənqid deyil, təhrikedici üslubdur”
Juranlist Orxan Saffarinin Xalq artisti Vidadi Həsənovla bağlı yazdığı yazı aktyorun həmkarları tərəfindən xoş qarşılanmayıb.
Aktyor Səmimi Fərhad sosial şəbəkə hesabında sözügedən yazıya münasibət bildirib. Jurnalistin Vidadi Həsənovu istedadsız adlandırması həmkarları və sosial şəbəkə istifadəçiləri tərəfindən xoş qarşılanmayıb.
Aktyor Səmimi Fərhad jurnalistin bu addımın peşə əxlaqına zidd hərəkət adlandırıb:
“Peşə əxlaqı olmayan, oxunsun deyə ağlına nə gəldi yazanlardan biri, Vidadi Həsənov haqqında belə bir yazı yazıb. Amma özlərindən birinə bir söz deyən kimi (Hətta heçnə deməmiş) bütün “zurnalist” tayfası tökülür üstümüzə. Səhv olduğunu bildikləri halda belə onu müdafiə edirlər. Burada həqiqət yox, qrup loyallığı əsas meyar kimi çıxış edir. Belələrinin peşə əxlaqı olmasa da, həmkar həmrəyliyi var. Paradoks ondadır ki, etik boşluq həmrəyliklə kompensasiya olunur.Bizim aktyor tayfası isə… məndən ötsün, qardaşıma dəysin prinsipi ilə yaşayır. Bu yanaşma isə sənət mühitində strukur zəifliyinin göstəricisidir. Paylaşmadan əvvəl bir neçə başqa yazısına da baxdım. Müəllifin ümumi üslubu və analitik çərçivəsi aydın görünür. Adam qıcıq yaradan bir üslub seçib, daş atmadığı bostan qalmayıb. Bu, sistemli tənqid deyil, təhrikedici üslubdur.Habil Əliyev Akif İslamzadə vs Bu adların çəkilməsi arqument yaratmır, sadəcə simvolik fiqurlar üzərindən diqqət çəkmək cəhdidir. Vidadi müəllimin ayağı biləni, sənin başın bilmir! Kişinin sənətini qoyub qırağa, siqaret çəkib, məsləhət verməsindən danışırsan.Şəxsən mən inanmıram Vidadi müəllim sənə məsləhət versin. Çünki o, çox yaxşı bilir ki, quyuya su tökməklə quyu dolmaz! Mənim kimi netytrallığını qoruyan adama bu yazını yazdırmısansa deməli istədiyinə çatmısan”.
Əntiqə
Digər Xəbərlər
12 Noyabr 2026 10:47
Nakam ömürlü “Səkinə ana”
10 Noyabr 2026 17:02
Aktyor Aslan Fətullayev vəfat etdi
10 Noyabr 2026 09:28
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
08 Noyabr 2026 11:33
Alyona Əliyeva "LAC" tamaşasını izlədi - FOTOLAR
07 Noyabr 2026 17:59
Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
06 Noyabr 2026 11:12
Türkiyəyə ABŞ-dən qaytarılan 100 mədəniyyət nümunəsi təqdim olundu - FOTOLAR
04 Noyabr 2026 22:32
Mehriban Əliyeva qızı və gəlini ilə simfonik şou izlədi - FOTOLAR
04 Noyabr 2026 11:43


Bakı -°C

