SEPAH komandirinin başına 10 milyon dollar pul qoydular
ABŞ bir neçə milyon dollarlıq mükafat təyin edərək, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiber komandirlərindən birini ölkənin mühüm infrastrukturuna qarşı kiberhücumlarda əli olmaqda ittiham edib.
Adalet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinə bağlı "Ədalət üçün Mükafat" (Rewards for Justice) proqramı Əmir Yaryabın kimliyinin müəyyənləşdirilməsi və ya yerinin tapılmasına gətirib çıxaracaq məlumatlara görə 10 milyon dollara qədər mükafat ödəniləcəyini elan edib.
Proqramın məlumatına görə, Əmir Yaryab SEPAH-ın Kiber-Elektron Komandanlığında kiber əməliyyatlar bölməsinin məsul şəxsidir və "Şəhid Hemmət" və "Şəhid Şuştəri" adlı kiber qrupların təşkilatlanmasında və idarə olunmasında rol oynayır.
ABŞ rəsmiləri bildirirlər ki, bu qruplar Yaryabın rəhbərliyi altında Birləşmiş Ştatların mühüm infrastruktur obyektlərini dağıdıcı kiberhücumların hədəfinə çevirirlər.
Digər Xəbərlər
04 Sentyabr 2026 00:42
ABŞ-nin zərbələrindən daha altı İran hərbçisi öldü
04 Sentyabr 2026 00:28
“Əsas məqsədimiz İranda rejim dəyişikliyidir” - Netanyahu
04 Sentyabr 2026 00:25
ABŞ tezliklə İran üzərində qələbə qazanacaq
04 Sentyabr 2026 00:10


Bakı -°C

