adalet.az header logo
  • Bakı -°C
24 Fevral 2026 09:17
131
DÜNYA
A- A+

Serbiyada prezidentinə və ailəsinə sui-qəsd planlaşdıran şəxslər saxlanıldı

Serbiya polisi Serbiya prezidenti Aleksandr Vuçiçə və ailəsinə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki kişini saxlayıb. 

Adalet.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər saxlanılanlar (1975 və 1983-cü il təvəllüdlü) prezidentə və onun ailə üzvlərinə sui-qəsd planlaşdırıblar. Onlar Kralyevo şəhərində Təhlükəsizlik və İnformasiya Agentliyi ilə birgə keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

"Şübhəlilər 48 saata qədər dindiriləcək və cinayət şikayəti verildikdən sonra Kralyevodakı Ali Prokurorluğa aparılacaqlar", - deyə açıqlamada bildirilir.