“Shokki Mokki” COP29-da “Məktəbim” layihəsi ilə təmsil olunur
Sevilən uşaq markası “Shokki Mokki” daim sosial layihələrə dəstək verir. Xüsusilə təhsil sahəsində həyata keçirdiyi layihələri ilə seçilən marka 2 ildən artıqdır ki, UAFA təşkilatı ilə birlikdə “Məktəbim” layihəsini reallaşdırır.
Adalet.az xəbər verir ki, layihə BMT-nin Dayanıqlı İnkişaf məqsədləri arasında keyfiyyətli təhsil məqsədini əsas tutaraq təhsildə bərabərsizliyi aradan qaldırmaq üçün həyata keçirilir. Bugünədək 1500-dən artıq uşaq məktəbəqədər təhsilə cəlb olunub. Layihə eyni zamanda qadınlar arasında sahibkarlığın da inkişafına dəstək olur. Belə ki, paytaxt və regionlardan 70-dən çox xanım layihəyə qoşulub.
Qeyd edək ki, “Shokki Mokki” təhsildə dayanıqlı inkişafı dəstəkləmək məqsədi ilə bu mövzuda videolar hazırladıb. Həmçinin bu istiqamətdə panel müzakirələri təşkil edəcək. Həm videolarla tanış olmaq, “Məktəbim” layihəsi haqqında geniş məlumat əldə etmək və panel müzakirələrinə qoşulmaq üçün Yaşıl zonada yerləşən “Azərsun Holdinq” pavilyonuna yaxınlaşmağınız tövsiyə edilir.
Siz də “Shokki Mokki” məhsullarını əldə etməklə təhsildə dayanıqlı inkişafın təmin olunmasına dəstək ola bilərsiniz.
Digər Xəbərlər
11 Noyabr 2026 09:39
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
11 Noyabr 2026 09:33
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
10 Noyabr 2026 12:23
Marsın milyard illik sirri Böyük Səhrada tapıldı
09 Noyabr 2026 10:58


Bakı -°C

