Şimşək çaxacaq, leysan yağacaq - SABAHIN HAVASI

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 32-36, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
Digər Xəbərlər

Qatardan istifadə edənlərin nəzərinə! - Qrafik dəyişir

Sabah 37 dərəcə isti olacaq

DYP yük avtomobili sürücülərinə müraciət etdi

"Mənim 9 nəvəm var" - Trampın hədiyyəsinə İlham Əliyevin reaksiyası - VİDEO

Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib

Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ

Trampla İlham Əliyevin maraqlı dialoqu - VİDEO
