05 Avqust 2025 18:50
113
KRİMİNAL

Şıxlinski təkadamlıq kamerada SAXLANILIR

Moskvada qiyabi həbs edilərək Yekaterinburqa aparılan Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasının təkadamlıq kamerasına salınıb.

Adalet.az xəbər verir ki, bu barədə Ura.ru saytı məlumat yayıb.

“Şıxlinski Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında, təkadamlıq kameradadır”, - agentliyin mənbələrindən biri bildirib. 

Şıxlinskinin saxlanması avqustun 2-də məlum olub. Qeyri-rəsmi məlumatlara görə, hadisə Moskvada bir müddət əvvəl gizləndiyi iddia edilən xarici diplomatik nümayəndəliyin binasından çıxarkən baş verib. İlkin ittihamlara qətlə cəhd və xüsusi təyinatlıların zabitinə qarşı zorakılıq daxildir. Şıxlinski ona qarşı irəli sürülən ittihamları rədd edir.