12 Dekabr 2024 12:52
109
DÜNYA

Şolts Putinlə danışmaq istəyir

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra, Avropa ölkələrinin liderləri Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə əlaqə yaratmaq üçün növbəyə düzülüblər.

 Trampın bütün çətinliklərə baxmayaraq, üç ilə yaxındır sürən Rusiya-Ukrayna müharibəsini bitirəcəyi ilə bağlı qətiyyəti, dünənə qədər Ukraynaya dəstək verən Avropa liderlərini hərəkətə keçirib. 

 Almaniyanın Die Zeit qəzeti yazır ki, Kansler Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi yaratmağı planlaşdırlr.

 "Bunu etmək lazımdır, mən bunu edəcəm. Bu məsələ ilə bağlı illüziyalar yaratmağa ehtiyac yoxdur"- deyə Alnaniya kansleri bəyan edib.

  Xatlrladltlq ki, Olaf Şoltsun noyabr ayında Putinlə telefon danışıqları aparması, bir çox avropa liderlərinin etirazına səbəb olmuşdu.

 Almaniya kansleri dekabrın 2-də Ukraynaya səfəri zananı Kiyevə dəstək göstərəcəklərini davam etdirəcəkləri bəyənatı ilə, öz aləmində Putinə messaj da göndərmişdi. Və elə həmin gün Ukrayna hərbi qüvvələrinin gücləndirilməsi üçün 650 milyon avro ayrılacağı anonsunu da vermişdi. Bəs görəsən nə oldu? Hansı kükəklər əsdi?

 Yadıma məhşur Azərbaycan filmindən bir epizod düşdü. 20-ci əsrin əvvələrində, guya Rusiya işğalının qarşısının alınması üçün  Azərbaycana gələn ingilis əsgərlərinin sonda gəmilərə doluşub qaçdığını görən bir kişi, "Ağalar, aradan cırlrsınız? Bəs deyirdiniz..."

  İndi Avropa ölkələri də, Trampın bəyənatından sonra bir-bir aradan çırmağa məqam axtarırlar...

  Rüstəm Hacıyev