SONUNCU YER UĞRUNDA GƏRGİN MÜBARİZƏ GEDİR
Futbol üzrə Azərbaycan çempionatının 2-ci turun oyunları keçirildi. Təbii ki, iki turdan sonra komandalar haqqında çox söz demək mümkün deyil, amma hər kəsin gücü və qabiliyyəti az-çox göründü.
Təxminən 4-5 komanda birincilik uğrunda mübarizə aparır və 4 komanda da axırıncı yer uğrunda çarpışır. Bunlar «Səbail», «Sumqayıt», «Şamaxı» və «Kəpəz» komandalarıdı.
«Kəpəz» axırıncı yer uğrunda mübarizədə uduzacaq. Çünki komanda hələ indi-indi özünü tanımağa başlayıb, həm də oyunlarını öz yerində keçirmir.
Amma azarkeşlərin Yaşar Vahabzadəni istefaya çağırması xoşagələn hal deyil. Hər hansı bir komandada məşqçini tez-tez dəyişdirmək o klubu məhvə aparar. Yaxşı, Yaşar çıxdı, yerinə Əli, Vəli, Pirvəli… kimsə gəldi, ona da iki-üç ay vaxt lazımdı futbolçuları tanısın, kimin nə qabiliyyəti olduğunu bilsin, oyun tərzini öyrənsin. Onacan yenə komanda uduzacaq, yenə istefa, yenə baş məşqçi. Gəncəlilərə bir az səbr arzulayıram, Yaşar Vahabzadəyə də uğur!
Amma o qapıçı ilə nəinki Bakıya gəlmək olar, heç Yevlaxa çatmaq olmaz. Ən adi topları buraxdı.
Digər Xəbərlər
09 Aprel 2026 09:30
PSJ “Liverpul”u, “Atletiko Madrid” “Barselona”nı məğlub etdi
08 Aprel 2026 20:45
Arsenal" bu göstəricisinə görə Avropada liderdir
08 Aprel 2026 17:42
Mbappe Raula yaxınlaşıb
08 Aprel 2026 11:56
"Qarabağ" öz rekordunu yenilədi
08 Aprel 2026 09:35
Çempionlar Liqası: "Barselona" "Atletiko"ya, PSJ "Liverpul"a qarşı
07 Aprel 2026 19:40
"Zirə" azlıqda qalan "Şamaxı"ya qalib gələ bilməyib
07 Aprel 2026 19:31
Millimiz beynəlxalq turniri 21 medalla birinci yerdə bitirdi
07 Aprel 2026 16:08


Bakı -°C

