SOS: Zəngəzurun qədim abidələrinin "təmiri və bərpası" nəyə xidmət edir?
Xəbər verdiyimiz kimi ermənilər qədim Azərbaycan torpaqlarında ulu babalarımız tərəfindən inşa edilmiş abidə, kilsə və monastrları tam mənimsəmək və dünyaya “qədim erməni mədəni irsi” kimi sırımaq üçün "təmir və bərpa" işlərinə hələ ötən ildən başlayıblar.
Adalet.az xəbər verir ki, erməni mediası təmir və bərpa adı altında Azərbaycanın irsinin silinməsi prosesinin Zəngəzurda başladığını deyir.
Beləki, media yazır ki, Zəngəzurun Meğri rayonunda yerləşən Müqəddəs Yəhya kilsəsində bərpa işinə başlanılıb. Adına həm də Müqəddəs Hovannes monastır kompleksi də deyilən abidədə aparılan qazıntılar zamanı XII-XIII əsrlərə aid ilahilərin (kilsə nəğmələri) fraqmentləri və kilsə qabları aşkar edilib.
Meqrinin ruhani keşişi Rafael Xaçikyan məlumat verib ki, şəhərdə 4 kilsə var:” Onlar həm də digər erməni kilsələrindən onunla fərqlənir ki, onlar yonma daşdan deyil, suyun axını ilə cilalanmış çay daşından tikiliblər”.
Qeyd edək ki, ermənilərə aid mənbələrdə deyilir ki, XVII əsrdə tikilmiş Müqəddəs Hovhannes kilsəsi günbəzli kilsələrdən biridir. Meğri şəhərinin şimal dağlıq hissəsində yerləşir. Dördbucaqlı, günbəzli, bazilika quruluşludur. Kilsə yerli bazalt daşından, günbəzi isə kərpicdən tikilib. Qərbdən şərqə doğru uzanan dördbucaqlı zal iki cüt çəpərlə üç nefə bölünür. Sferik günbəz ibadət zalının mərkəzində yerləşdirilib. İçərisi silindrik, xaricdən çoxbucaqlı, 12 oturacaqlıdır. Tək giriş qərb tərəfdəndir. Kilsənin daxili hissəsi dekorativ kərpic tağlarla bəzədilib. Nişlər və divar tağları aydın ox formasına malikdir. Qərb tərəfdən kilsəyə bitişik düzbucaqlı planlı, yarımdairəvi nefli, üç tağlı açıq zal olub...
Təəssüf ki, internet üzərindən axtarışlarım zamanı Azərbaycan tərəfin həmin monastırla bağlı heç bir qeydinə rast gəlmədim. Yaxud da, Monastır aydın şəkildə tarixçilərimiz tərəfindən zamanında yaxşı araşdırılmayıb.
Əntiqə Rəşid