Soyadı Qasparyan olan 3-cü terrorçu: "Qara Pantera"ın həbsi uzadıldı
Xocalı soyqırımının qatillərindən biri olan erməni terrorçu vardı, ermənilərin isə "milli qəhrəmanı"olub. Qatı cinayətkar Rüstəm Qasparyan! IQarabağ müharibəsindən sonra "Çiçəklənən Ermənistan" partiyasından iki dəfə parlamentə deputat seçildi.
2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış İkinci Qarabağ müharibəsi zamanı "Qara Pantera" batalyonunun komandiri oldu. Müharibənin üçüncü həftəsində oğlu 29 yaşlı Rafik Qasparyan ilə birlikdə Hadrut şəhərində aparılan döyüşlər zamanı cəhənnəmə vasil oldu.
Onun yerində eyni əqidənin daşıyıcısı olan separatçı bir qardaşı var: Serob Qasparyan! Azərbaycan ordusu oktyabrda yerlə yeksan etdiyi “Qara Pantera” hərbi təşkilatının rəhbəri olan bu irqçi, terrorçu Serob Ermənistanda tutduğu əməllərə görə, bu ilin sentyabrında saxlanıldı. Qasparyanın hakimiyyəti qəsb etməyə hazırlaşmaq ittihamı ilə barəsində həbs qətimkan tədbiri seçildi.
İstintaq zamanı məlum oldu ki, özlərini, ordumuzun şil-şülküt etdiyi "Qara pantera"nın "qisasçı" törtöküntüsü hesab edən 7 terrorçu Ermənistan vətəndaşlarını Rostov-na-Donda, o cümlədən “Arbat” bazasında üç aylıq təlim keçmək üçün cəlb edib. Məqsəd onlara silahdan istifadə etməyi öyrətmək, döyüşə yayarlı etmək və s. olub. Lakin sonradan məlum olub ki, qruplaşmanın təşkilatçılarının məqsədi Ermənistanda hakimiyyəti ələ keçirmək olub. Cəlb edilmiş şəxslərin bəziləri təlimlərdə iştirakdan imtina edərək Ermənistana qayıdırlar. Serobdan şikayətçi olan aldanmış ermənilər məlumatı Ermənistan TŞ-a ötürürlər. Beləliklə, Serob həbs olunub .
Müxalifətçilər isə iddia edir ki, hakimiyyət Serobu Ermənistan baş naziri Nikol Paşinyanı hədələdiyi üçün hədəfə alıb.
Beləki, 2020-ci ilin dekabrında Serob Qasparyan Nikol Paşinyana 3 gün vaxt vermişdi. O, Paşinyana xatırlatmışdı ki, 3 gün tamam olub və xain cəzalandırılacaq: “Sənin sevincin uzun sürməyəcək, sən də sızlayacaqsan və bu sözlər gecələr kabus olacaq”.
Adalet.az xəbər verir ki, Serob Qasparyanın həbs müddətini daha bir ay uzadıb. Bu barədə Qasparyanın vəkillərindən biri Erik Aleksanyan “Hraparak”a müsahibəsində bildirib.
P.S.Yəqin ki, Serob da layiqi olduğu cəzanı alacaq. Yeri gəlmişkən, 2 cinayətkar Qasparyanı qüdrətli Azərbaycan ordusu layiqincə cəzalandırdı. 3-cü Qasparyan isə Paşinyanın ümidinədir.
Əntiqə Rəşid