adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 08:46
71
DÜNYA
A- A+

Sualtı internet kabelləri SEPAH-ın hədəfində

İran Hörmüz boğazından keçən sualtı internet kabellərinin mümkün hərbi qarşıdurma zamanı hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Adalet.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü bildirib.

Onun sözlərinə görə, müharibə baş verəcəyi təqdirdə, Tehranın cavabı daha sərt olacaq və yeni silah növlərindən istifadə ediləcək.

SEPAH sözçüsü qeyd edib ki, Hörmüz boğazından qlobal internetin fəaliyyəti və kommersiya məlumatlarının ötürülməsi üçün mühüm əhəmiyyət daşıyan yeddi əsas sualtı kabel keçir. O, bu infrastrukturun mümkün hədəflər sırasında ola biləcəyinə diqqət çəkib.