"Sülh müqaviləsini tez bir zamanda imzalamaq olar" - Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sloveniya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayonla görüşüb.
Adalet.az xəbər verir ki, görüş ATƏT-in nazirlər konfransı çərçivəsində baş tutub.
Həmsöhbətlər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Mirzoyan Cənubi Qafqazda sabit sülhün bərqərar olması kontekstində Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələri təqdim edib. Sülh müqaviləsinin bağlanmasına gəlincə, Mirzoyan əlavə edib ki, siyasi iradə nümayiş olunarsa, sülh müqaviləsini tez bir zamanda yekunlaşdırmaq və imzalamaq olar.
Digər Xəbərlər
19 Noyabr 2026 14:13
"Nüvə silahları qadağan edilməlidir!" - Çin lideri
19 Noyabr 2026 13:27
Yer üzünü Allah düzəldib, heç bir bəndə onu dağıda bilməz
19 Noyabr 2026 12:56
“Yeni Konstitusiya referendumda rədd edilərsə, istefa verəcəyəm” - Paşinyan
19 Noyabr 2026 12:39


Bakı -°C

