31 Yanvar 2025 13:10
194
SİYASƏT

"Sülh olsa, qazın 40 faizini Azərbaycandan, buğdanın 40 faizini Türkiyədən alarıq"- Paylan

2022-ci ildə Ermənistanda “türk agenti” adlandırılaraq “persona non qrata” elan olunmasına çağırış edilən Türkiyə parlamentinin erməni əsilli eks deputatı Karo Paylan adəti üzrə Ermənistanı rifahını düşünür.


Adalet.az xəbər verir ki, Paylan Türkiyə mediasına açıqlama verib. O bildirib ki, Türkiyə hökumətində Ermənistanla sərhədlərin açılmasının əleyhinə olan yoxdur:” Öyrəndim ki, buğdanın 95 faizi Rusiyadan gəlir və Rusiyadan bu qədər asılı olmaq yaxşı hal deyil. Eyni şey qaz üçün də keçərlidir. Bu vəziyyəti bir az dəyişmək lazımdır. Bu müqavilə imzalansa, biz qazın 40 faizini Azərbaycandan, 30 faizini İrandan, 40 faizini isə Rusiyadan ala bilərik. Buğda da belədir, 40 faizini Türkiyədən və ya başqa ölkələrdən ala bilərik. Hətta sərhəd açılsa, turistlər hər iki tərəfdən gəlib-gedə bilər. Biz azad və müstəqil olmalıyıq”.

Yəqin ki, Paylan ermənilərin türklərə olan nifrət və ədavət hissinə işarə edərək bu fikirləri də deməyi unutmayıb:” Təəssüf ki, biz çox emosionalıq, lakin siyasətçi təhlükələri və imkanları görməlidir”.
Paylanbu məsələlərdə burada Trampın mövqeyini çox önəmli hesab edib:”Tramp praqmatik liderdir, bütün ölkələrlə ticarət etmək istəyir. Ərdoğan da praqmatik prezidentdir, o da bütün ölkələrlə ticarət etmək istəyir. Amma bir fərq var: Ərdoğan Baydendən qorxmayıbsa, Trampdan qorxur. Tramp varlıları sevir, Amerikada da çoxlu zəngin ermənilər var, onlar gedib Trampa deyə bilərlər ki, bu sülhü təşkil etsin”.

Qeyd edək ki, 2015-2023-cü illərdə Türkiyə parlamentində təmsil olunan və kürdlərin partiyası kimi tanınan HDP –dan deputat, erməni əsilli Türkiyə vətəndaşı Karo Paylan Türkiyə Parlamentində saxta “erməni soyqırımı” və “erməni haqları”nı müdafiə edərək ermənilərin sevimlisi olub. Hətta Türkiyə parlamentində özünü Ermənistanın deputatı kimi aparan Paylan 2023-cü ilin 24 aprelində Türkiyə BMM-nə qanun layihəsi təqdim etmişdi ki, Türkiyə qondarma "soyqırımı" tanımalıdır. Hətta Karo İstanbulda Tələt paşanın adına olan küçəni ləğv etməyi tələb etmişdi. Buna baxmayaraq 2024-cü ildə erməni icmasının nümayəndələri Türkiyə parlamentinin üzvü Karo Paylanı Los-Ancelesin Burbank şəhərindəki Müqəddəs Qevondats kilsəsindən qovublar.
Paylan kilsəni tərk etdikdən dərhal sonra izdiham başlayır və Los-Ancelesin erməni icmasının nümayəndələri Paylanı əclaf, türk, satqın, “Ərdoğanın iti “ adlandırıblar.

 Əntiqə Rəşid