17 Iyul 2025 10:42
138
İDMAN

“Sumqayıt” Madaqaskar yığmasının futbolçusunu transfer etdi

“Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

Klubdan Adalet.az-a verilən məlumata görə, “kimyaçılar” Madaqaskar yığmasının üzvü Aleksandr Ramalinqomun keçidini rəsmiləşdirib.

Onunla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, hücumçu 2023-2024-cü illər mövsümündə “Səbail”də oynayıb.