Sürət və diqqətsizlik yolda daha bir həyata son qoydu
Ötən gün saat 20:00 radələrində Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 61 yaşlı Hacı Əbilov idarə etdiyi “QAZ 3110” markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən, ilkin ehtimalla yüksək sürət və diqqətsizlik səbəbindən idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə dəyib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan sərnişin – sürücünün həmkəndlisi, 67 yaşlı Tofiq Ağammədov hadisə yerində həyatını itirib, Hacı Əbilov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb.
BDYPİ sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücülərimizi bu acı təcrübədən düzgün nəticə çıxarmağa çağırır.
Digər Xəbərlər
16 Noyabr 2026 16:18
Bakıda restorandakı yanğın söndürüldü - YENİLƏNİB
16 Noyabr 2026 10:42
Güclü küləkdə paytaxtda 32 ağac sınıb
16 Noyabr 2026 09:49
Bakıda avtobus piyadanı vuraraq öldürdü
16 Noyabr 2026 09:38
Külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
16 Noyabr 2026 09:32
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
16 Noyabr 2026 09:00
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
15 Noyabr 2026 21:40
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - VİDEO
15 Noyabr 2026 21:10


Bakı -°C

