Suriya və ABŞ prezidentləri arasında telefon danışığı oldu
Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Adalet.az xəbər verir ki, bu barədə Suriya Prezidentliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilir ki, hər iki lider Suriya ərazisinin bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar, sabitliyin təmin olunmasına yönəlik bütün səylərin dəstəklənməsinin zəruriliyini ifadə ediblər.
Tərəflər Suriya dövləti çərçivəsində kürd xalqının hüquqlarının təmin edilməsi və qorunmasının vacibliyini də təsdiqləyiblər.
Prezidentlər həmçinin İŞİD terror təşkilatı ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi və təşkilatın yaratdığı təhdidlərin aradan qaldırılması məsələsində razılığa gəliblər.
Telefon söhbəti zamanı habelə bir sıra regional məsələlər müzakirə olunub və Suriyanın daha yaxşı gələcəyə doğru irəliləyə bilməsi üçün ona yeni bir fürsət tanınmasının əhəmiyyəti vurğulanıb.
Digər Xəbərlər
20 Yanvar 2026 09:52
Əfqanıstanda 17 milyon insan kəskin aclıqla üz-üzədir - BMT
20 Yanvar 2026 09:21
"Dünyada qanunun gücünü güclünün hüququ əvəz edir" - Ərdoğan
20 Yanvar 2026 00:10
Rusiyaya qarşı xüsusi əməliyyat hazırlanır! - Zelenski elan etdi
19 Yanvar 2026 23:52


Bakı -°C

