Suriyadan Azərbaycana repatriasiya edilən 16 nəfərə yardım göstərildi
Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 16 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.
ƏƏSMN-dən Adalet.az-a verilən məlumaat görə, onlardan 9-u uşaq, 7-si qadındır.
Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.
Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar.
Son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial reabilitasiya işi davam etdirilir.
Digər Xəbərlər
21 Iyul 2026 18:03
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
21 Iyul 2026 16:51
"Vətənə xəyanət edənlərə yazığım gəlir" - Hikmət Hacıyevdən Tural Sadıqlıya sillə kimi cavab - VİDEO
21 Iyul 2026 16:34
"Bioloji Təbabət"in rəhbəri jurnalistlərə hücum etdi - VİDEO
21 Iyul 2026 13:44


Bakı -°C

