Suriyalılar B.Əsədin Moskvada olduğuna hələ də inanmır: Niyə Putin onunla görüşmür?
Xəbər vermişdik ki, 8 dekabrda səhər saatlarında “Heyət Təhrir əş-Şam” Dəməşqi ələ keçirərək, Əsəd rejimini devirib. Bundan sonra Bəşər Əsədin İl-76 yük təyyarəsi ilə getdiyi, lakin Suriya ərazisini tərk etmədən radarlardan itdiyi bildirilmişdi.
Əvvəlcə radarlardan itən təyyarənin vurulduğu və ya qəzaya uğradığı, Bəşər Əsədin isə öldüyü ehtimalı ortaya çıxsa da, sonradan radarları söndürərək uçan təyyarənin Moskvaya istiqamətləndiyi təsdiqləndi. Belə ki, Kreml Bəşər Əsədin Rusiyadan sığınacaq aldığını, nəhayət, media vasitəsilə elan etdi.
Baxmayaraq ki, Rusiyanın Vyananın beynəlxalq təşkilatlarındakı nümayəndəsi Mixail Ulyanov özünün Telegram kanalında Əsədin ailəsi ilə birlikdə Moskvada olduğunu xatırladaraq, “Rusiya çətin vəziyyətdə dostlarına xəyanət etmir” deyə qeyd etmişdi, amma bu fikir suriyalıları qane etmir.
Adalet.az xəbər verir ki, bəzi Suriya nəşrləri və sosial şəbəkələrin Suriya bölməsi Əsədin ailəsi ilə birlikdə Moskvaya gəlməsi ilə bağlı rusların yaydığı məlumatı yenidən şübhə altına alıb.
Suriya mətbuatı xəbər verir ki, əvvəla yayımlanan foto köhnədir və üzərində ərəbcə yazılar var. İkinci səbəb isə odur ki, Moskvada olan B. Əsəd niyə Rusiya mediasına açıqlama vermir, bəyanatla çıxış etmir, durumu dünyaya anlatmır? Niyə Rusiya Prezidenti V. Putin şərqdəki ən yaxın tərəfdaşı və dostu B. Əsədlə görüşmür? Yaxud yaxın günlərdə görüşəcəyi ilə bağlı məlumat vermir?
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsədin Moskvadan ilk görüntüləri yayıldığı bildirilib və bir foto yayımlanıb.
Musavat.com-un məlumatına görə, paylaşılan fotoda qeyd edilib ki, Bəşər Əsəd və həyat yoldaşı Moskvadakı Beynəlxalq Hava Limanındadır.
Lakın qısa müddət sonra həmin fotonun kəsildiyi video-görüntü yayılıb və məlum olub ki, götüntülər bir müddət əvvəl çəkilib və Bəşər Əsəd Suriyada bir xəstəxanada yatan uşağa baş çəkməyə gedir.
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Yanvar 2026 12:49
"Başqa ölkələrə gedəndə yolun genişliyi bizi heyrətləndirir" - Komitə sədri
23 Yanvar 2026 11:19
"Süni intellektlə bağlı qanunun qəbuluna ehtiyac var" - Deputat
23 Yanvar 2026 10:25
Penitensiar xidmətdə vakant kiçik rəis heyəti vəzifələri üzrə müsabiqə elan edildi
23 Yanvar 2026 10:07
Milli Məclisdə Böyük Qayıdışla bağlı dinləmə keçiriləcək
23 Yanvar 2026 09:59
Telefondan istifadə edən sürücü saxlanıldı - VİDEO
22 Yanvar 2026 17:23
"Bəzi qanunlar insanlar üçün müəyyən çətinliklər yaradır" - Deputat
22 Yanvar 2026 13:43
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
22 Yanvar 2026 13:36


Bakı -°C

