Sürücü sərxoş halda tutuldu, sərnişinindən narkotik aşkarlandı - VİDEO
Ələt-Astara avtomobil yolunun Kürsəngi kəndi ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobilin sürücüsü Əjdər Şıxməmmədov Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Adalet.az xəbər verir ki, araşdırma zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Bununla yanaşı, avtomobildə gedən sərnişinlərdən birindən narkotik vasitələr aşkar edilib. Hər iki şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir, bu eləcə də digər qanunsuz hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Digər Xəbərlər
15 Iyul 2026 16:19
14 il şiddət görən qadının əri saxlanıldı
13 Iyul 2026 13:18
Binəqədidə civə satmaq istəyənlər saxlanıldı - VİDEO
11 Iyul 2026 12:10
Fatimənin qatili hava limanında SAXLANILDI - VİDEO
11 Iyul 2026 09:42
Azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
09 Iyul 2026 20:00
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - YENİLƏNİB
09 Iyul 2026 12:25
Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO
08 Iyul 2026 17:48
Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi - VİDEO
08 Iyul 2026 13:48


Bakı -°C

