01 Oktyabr 2025 16:35
220
ƏDƏBİYYAT

Şuşadan gələn məktub

Tanrının yer üzünə  göndərdiyi ən adi günlərdən biri idi. Rəbbim sevib seçdiyi Qazax mahalının qədim yurd yerlərindən olan Dəmirçilər kəndində

bir igid yuxudan çox erkən oyanmışdı. Onu didib-parçalayan fikirlərini sanki göylərə danışırmış kimi gözlərini səmaya zilləmişdi. Düşüncələrini

sanki ipə düzürdü.Tovuz döyüşlərinin ağır-acısı, Polad Həşimov itkisi, son nəfəsində “Vətən sağ olsun”, “Qarabağ Azərbaycandır” söyləyən şəhidlərin qisas amalı igidimizə- Turana dinclik vermirdi. Bir tərəfdə isə sükuta qərq olmuş ata-anasının arzusu dayanırdı.”Turan döyüşdən sağ-salamat qayıtsın. Qurban kəsəcəm” deyən ata-anasının arzusunu necə həyata keçirsin .Necə etsin ki, nə sevdiklərini incitsin, nə də şəhid ruhları qarşısında özünü günahkar hiss etməsin.

-Ana, bir düşün, o şəhidlərdən biri də mən ola bilərdim.  İndi necə Qurban kəsək axı...axı...

-Yox  Qurbanı Qələbəmizdən sonra, işğaldan azad etdiyimiz torpaqlarda kəsərik deyərək, son qərarını verdi və sabahdan bəri gözlərini ondan ayırmayan anasını qucaqladı. Amma verdiyi bu qərarda haqlımı idi,bilmədi.

Üsyankar düşüncələrin burulğanında müəlliməsi  gilə necə gəldiyini hiss etmədi.

Müəllimə Turanı öz doğma balası kimi bağrına basdı.

-Çox şükür Turanım, sağ-salamat qayıtmısan.

-Amma şəhidlərimiz oldu, müəllimə.

Nur içində yatsınlar. Ermənilər öz cəzalarını alacaqlar. Onları qovacaqsınız öz viranələrinə.

-Hansı bölgədəsən, Turan!

-Mən hər yerdəyəm.

Afərin, Turan əsil kəşfiyyatçı cavabı verdin.

Onlar bir xeyli dərdləşdikdən sonra halallaşıb ayrıldılar. Bir az getmişdi ki, Turan qayıdıb:

-Müəllim, olar bir söz deyim:

-Əlbəttə, bu nə sözdür:

-Yadınızdadırmı biz məktəbdə oxuyan zaman bütün tədbirlərimizdə bizə deyirdiniz:

“Mənim əzizlərim, gün o gün olsun ki, sizin əsgər məktublarınız

Qarabağımızdan gəlsin və işğal altında olan torpaqlarımızın adını bir-bir sadalayırdınız.

            İndi mənim məktubum sizə Şuşadan gələcək, özü də çox tezliklə gələcək.

            Turanın bu ümidi, bu inamı müəlliməni çox kövrəltdi.

            -Amin, İnşəAllah, mənim igid balam O, tələsik addımlarla müəllimindən

uzaqlaşdı.Evdəkilərlə hallaşıb hərbi hissəyə qayıtdı.

            Bu görüşdən az müddət keçmişdi ki, Azərbaycan Ordusunun 27 sentyabr

2020-ci il tarix ilə möhürlənmiş Zəfər yürüşü başladı.

            Cəbhədən həyacanlı, qələbə soraqlı xəbərlər gəlməyə başladı. Azərbaycan

Ordusu torpaqlarımızı bir-bir erməni işğalından azad edirdi. Yerə-göyə sığmayan

bu sevincli xəbərlər bütün Azərbaycan xalqını ayağa qaldırmışdı. Hər kəs, yaşından

asılı olmayaraq döyüşə atılmaq istəyirdi.Əsirlikdə olan torpaqlarımızdan xoş

müjdələr gəlirdi.

            Müəllimə bu xəbərlər içində Şuşadan məktub gözləyirdi. O Turandan xoş

soraqlar alırdı. Onlar Murovdağ ətrafında döyüşürdülər.Budur Müqəddəs

bayrağımız əsirlikdən azad edilmiş yurd yerlərimizdə dalğalanır. Amma  nədənsə

Turandan soraq gəlmir. Telefon əlaqəsi də kəsilir. Narahatlıqlar, həyacanlar

başlayır.İntizarın sonu  çox  uzun olur.Bir müddətdən sonra üzücü bir xəbər hamını sarsıtdı.

            “Turan, şəhid olub” Ana fəryad etdi, müəllimə özünə təsəlli verdi. “Yox

inanmıram o mənə söz verib. Turan indi Şuşadadır. O mənə Şuşadan xoş müjdə

göndərəcək”.

 Turan döyüş qardaşı şəhid Elcanın yanında dəfn edildi. Amma yenə

müəllimə inanmadı. O elə hey məktub gözləyirdi.

            8 noyabr 2020-ci il, Bəli! Şuşadan sevinc mehi əsdi, xoş soraqlı Zəfər ətirli

məktub gəldi. “Şuşa Sən Azadsan” Dəmir yumruqlu Qalib Sərkərdənin bu nidası

Turanın müəlliməyə, xalqına yazdığı ilk məktub oldu.

            Müəllim Turanın, Elcanın məzarını ziyarət etdi:

            Onlara göz aydınlığı verdi. Ruhları qarşısında and içdi!

            -Mən Şuşaya gedəcəm, oradan sizin məzarınıza torpaq gətirəcəm.

            -İndi o məktublar Şuşadan tez-tez gəlir. Qalib sərkərdəmizin 3 min cənnət

mələyimizin əhatəsində  Cıdır düzündə çatdığı Novruz tonqalı sizin ən möhtəşəm

məktubunuz oldu.

            Bu an qəlbimizdən nə keçir bilirsinizmi, şəhidlər, igidlər.

                                               Çaxıb Şimşəyə döndünüz,

                                               Çıxıb Çiçəyə döndünüz,

                                               Axır Şuşaya döndünüz,

                                               Ölməyib ölən oğullar,

                                               Şuşanı alan oğullar.

                                                                                   (B.Vüsal)

            Nə xoş mənə ki, Şuşanı alan oğullardan Şərəf duyğulu, Zəfər tarixli məktublar alıram.

                                                                                   Gülnar Osmanova

                                                                                   Qazax rayonu  Dəmirçilər kənd tam orta məktəbinin müəllimi.